Dietoloqlar şam yeməyində nə yeməyin lazım olduğunu açıqlayıblar. Mütəxəssislər saat 18-dən sonra yeməkdən imtina etməyin lazım olduğu haqda fikirlərin düzgün olmadığını bildiriblər. Foodinfo.az e-tibb.az-a istinadən bildirir ki, dietoloqlara görə, insan acdırsa, gec yemək qəbul etməyin hər hansı zərəri olmaz. Əsas odur ki, yağ yandırmağa kömək edəcək düzgün qidalar seçilsin. Mütəxəssislər bildirib ki, arıqlama  müəyyən hormonlar tərəfindən tənzimlənir. Və bunların ən əsası boy hormonudur. Həmin hormon gecə ifraz olunur və bu proses yalnız 50 dəqiqə davam edir. Bu müddət ərzində bədən 150-200 qram piy toxumasından qurtula bilər. Lakin insulin bu faydalı hormonu bloklayır. Bu səbəbdən gec qəlyanaltı üçün qanda insulin səviyyəsini artırmayan qidalardan istifadə etmək daha yaxşıdır. Yəni məhsulun insulin indeksini nəzərə almaq lazımdır. Axşam yeməyində ət, balıq, dəniz məhsulları və tərəvəzlər yemək daha yaxşıdır. Yüksək insulin indeksi olan taxıl, meyvə və süd məhsullarını saat 17-18 kimi qəbul etmək tövsiyə edilir.