Yaxşı həzm birbaşa diş sağlamlığı ilə bağlıdır. 

Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq Zuxra Pavlova xəbərdarlıq edib. 

Onun sözlərinə görə, artıq çəki ilə az tam müalicə olunmayan dişlər arasında birbaşa əlaqə var: yeməyin yaxşı həzm olunması və udulması üçün onu yaxşıca çeynəmək lazımdır. Lakin diş ağrıdıqa yaxşı çeynəmək alınmır.

"Adətən dişləri yaxşı vəziyyətdə olmayanlar yumşaq və ya sulu yemək yeməyə başlayır, az çeynəyirlər, həzm pozulur. Bütün bunlar kökəlməyə səbəb olur. Yeri gəlmişkən, artıq çəki də kariyesin əmələ gəlməsinə təsir edir. Bunun şirniyyat sevgisindən qaynaqlandığını düşünə bilərsiniz, lakin əslində bu, səbəblərdən yalnız biridir”, – deyə  endokrinoloq öz "Telegram" kanalında yazıb.

Məlum olub ki, artıq çəkili insanlarda tez-tez piy toxumasının subklinik iltihabı müşahidə olunur. Bu xəstəlik immun sisteminin fəaliyyətini zəiflədir və istənilən bakteriyaların, o cümlədən kaiyesin artmasına səbəb ola bilər. Üstəlik, çəki nə qədər çox olsa, dişlərin çürümə riski də bir o qədər yüksəkdir.

Natəvan