Yuxusuzluq kimi, həddindən çox yatmaq da sağlamlığınız üçün təhlükəli ola bilər.

Foodinfo.az xəbər verir ki, yuxunun sağlamlığa təsiri haqqında tibb mütəxəssisi Marina Lebedeva danışıb.

Onun sözlərinə görə, böyük adamlar optimal yuxu müddəti 7-9 saatdır. Bundan az və ya çox davam edən yuxu ürək-damar xəstəlikləri, nevroloji pozğunluqlar və metabolik problemlər kimi ciddi fəsadlara səbəb ola bilər.

Gündə 10 saatdan çox yatan insanlar beyindəki qan dövranı pozğunluqlarına daha çox məruz qalırlar. Xroniki yuxu çatışmazlığından əziyyət çəkənlər isə nevroz və piylənmə riski altındadır. İnsan bədənində müəyyən bioloji ritmlər fəaliyyət göstərir. Onlar günün vaxtından asılı olaraq ifraz olunan hormonlar tərəfindən nəzarətdə saxlanılırlar. Məsələn, hava qaraldıqda aktivlik və stress hormonu olan kortizol azalır, yuxu hormonu olan melatonin isə artır. Özünüzü yaxşı və gümrah hiss etmək üçün fərdi xüsusiyyətlərinizi anlamaq və fəaliyyətinizi bədənin bioritmlərinə uyğun olaraq tənzimləmək vacibdir.

Leyla