Ət və toyuq məhsulları kimi balıqları bişirməzdən əvvəl yumaq məsləhət görülmür. Çünki bu qidaları yuduğunuz zaman bakteriyalar başda mətbəx çanağı olmaqla mətbəxinizin hər yerinə yayılacaq. Belə qidaları yuyarkən su çanağın 3 metrliyinə qədər bakteriya sıçrada bilər. Bu ətrafınızda yayılan bakteriyaların bir şəkildə sizə çatması nəticəsində müxtəlif xəstəliklərə yoluxmanıza səbəb ola bilər. Bu vəziyyət çarpaz çirklənmə adlanır.
Foodinfo.az xəbər verir ki, çiy ət, toyuq və dəniz məhsulları çapraz yoluxma riskini artırdığı üçün onları yumaq tövsiyə edilmir.