Hollandiyanın Qroninqen Universitetinin alimləri müəyyən ediblər ki, böyük miqdarda zülalın qəbulu ürək çatışmazlığı və vaxtsız ölüm riskini azaldır.
Bununla bağlı “The Times” nəşri məlumat yayıb.
Araşdırmalarda 11 Avropa ölkəsindən yaşı 68 olan 2281 nəfər iştirak edib. Həmin şəxslərin qəbul etdiyi zülalın həcmi sidik analizindən sonra müəyyən edilib. Mütəxəssislər iki il müddətində xəstələrin vəziyyətlərini müşahidə ediblər.
21 aydan sonra cüzi miqdarda – gündəlik 40 qramdan az zülal qəbul edən insanların 31 faizi ölüb. Gündəlik 70 qramdan çox zülal qəbul edənlərdən isə 18 faizi vəfat edib.
70 yaşdan yuxarı insanların çoxu qan dövranı sisteminin pozulmasından əziyyət çəkir.
Məlumdur ki, zülalı çox olan qidalar əzələ kütləsinin toplanmasına kömək edir və ürəyi uzun müddət sağlam saxlayır. (Oxu.az)
Son xəbərlər
- 47 dollara toyuq döşü, 8 dollara bir banka qəhvə: Arktikada həyat nə neçəyədir?
- Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
- Şəkərli diabetə tutulma riskini azalda bilən şokolad
- Kakao beyin və ürək üçün faydalıdır
- Qaraciyər üçün ən faydalı qidalar
- Pomidorlu salat prostat xərçənginin qarşısının alır