Enerji içkiləri əsasən ürək, qaraciyər, böyrəklər və mərkəzi sinir sisteminə zərər verir.
Foodinfo.az xəbər verir ki, bu içkilər yüksək miqdarda kofein və şəkər tərkibli olduğuna görə ürək ritmini pozur, təzyiqi artırır və ürək-damar xəstəlikləri riskini yüksəldir.
Qaraciyər isə yüksək şəkər və süni maddələrə görə zədələnir.
Böyrəklər də bu içkilərdəki yüksək şəkər və turşuluğa görə funksiyalarını itirmə təhlükəsi ilə qarşılaşır.
Sinir sisteminə təsiri ilə yuxusuzluq, əsəbilik və diqqət problemlərinə səbəb ola bilər.
Enerji içkilərinin müntəzəm istifadəsi bu orqanlara uzunmüddətli ciddi zərər verə bilər.