Artıq çəkiyə və insulin artımına səbəb olmamaq üçün menopauza zamanı şirniyyat, un məmulatları və spirtli içkilərdən imtina etmək və ya rasionda bu qidaları mümkün qədər azaltmaq məsləhətdir.

 Foodinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq Yekaterina Kaşux xəbərdarlıq edib.

Mütəxəssis qeyd edib ki, həmin məhsulların əvəzinə qida rasionuna daha çox meyvə əlavə etmək, mağazadan alınan şirniyyatları isə evdə bişənlərlə əvəzləmək daha yaxşıdır.

Kaşux bildirib ki, postmenopauza dövrdə həyat tərzinə və qida rasionuna düzəlişlər etmək, həmçinin Aralıq dənizi pəhrizinə yaxın sağlam qidalanmaya riayət etmək tövsiyə olunur. Bu, sinir sistemini və immuniteti qorumağa kömək edəcək, ürək-damar xəstəliklərinin, artritin inkişaf riskini azaldacaq və çəki artımının qarşısını alacaq.