Qəhvəsevərlər qəhvənin müxtəlif növlərindən çox istifadə edirlər.Türk qəhvəsi, filtr qəhvə, dibek qəhvəsi də faydalı və qidalı qəhvələr arasındadır. Amma digər qəhvə növlərindən başqa Dibek qəhvəsinin insan sağlamlığı üçün əlavə faydaları var. Ən əsası odur ki, kalorisi azdır və tutumludur. Dibek Qəhvəsinin cəmi 75 kalori olduğu bildirilir.

 Foodinfo.az dibek qəhvəsinin necə hazırlanmasını təqdim edir:

• 2 çay qaşığı dibek qəhvəsi

• 2 stəkan su

• 2 çay qaşığı dənəvər şəkər

Əvvəlcə qəhvə qabına 2 çay qaşığı qəhvə qoyun. Üzərinə 2 stəkan su və şəkər əlavə edərək ocağın üstünə qoyun və qarışdırmadan bişirin.