Diyeta zamanı tez-tez edilən səhvlər aşağıdakı kimi sıralana bilər:

1. Çox az kalori qəbul etmək bədənin metabolizmasını yavaşladır, enerji səviyyəsini azaldır və uzun müddətdə arıqlamağı çətinləşdirir.

 2. Karbohidratlar və yağlar kimi vacib qida qruplarını tamamilə menyudan çıxarmaq bədənin lazımı qidaları almamasına səbəb olur. Bu, həm də dietaya uzun müddət riayət etməyi çətinləşdirir.

3. Diyeta zamanı tez-tez və çox miqdarda qəlyanaltılar yemək kalori alımını artıraraq arıqlama prosesinə mane olur.

4. Qısa müddətdə çox kilo verməyi hədəfləmək uzun müddətli və davamlı arıqlamağı çətinləşdirir və motivasiyanı azaldır.

5. Şəkərli içkilər, meyvə şirələri və yüksək kalorili içkilərin istehlakı ümumi kalori alımını artıraraq arıqlamağa mane ola bilər.

6. Bədənin su ehtiyacını qarşılamamaq metabolizmanın yavaşlamasına və toxluq hissinin azalmasına səbəb olur.

7. Yavaş yemək bədənin toxluq siqnallarını daha yaxşı qəbul etməsinə kömək edir. Sürətli yemək isə daha çox qida qəbuluna səbəb ola bilər.

8. Yetərincə zülal qəbul etməmək əzələ kütləsinin azalmasına və metabolizmanın yavaşlamasına gətirib çıxarır.

9. Sağlam qidalar da kalori ehtiva edir və həddindən artıq istehlak olunarsa, arıqlama prosesini yavaşlayar.

10. Diyeta ilə bərabər fiziki aktivliyi artırmamaq arıqlama prosesini çətinləşdirir.

11. Çipslər, şirniyyatlar və digər yüksək kalorili qəlyanaltılar dietanın təsirini azaldır.

12. Qısa müddətli dietalar yerinə, davamlı və balanslı bir qidalanma planına riayət etmək daha effektivdir.

13. Stres zamanı yeyilən yüksək kalorili və şəkərli qidalar arıqlama prosesinə mane olur.

14. Yuxu azlığı metabolizmanı yavaşladır və iştahı artıran hormonların səviyyəsini yüksəldir.