Həkim Cil Cenkins qanda şəkərin səviyyəsini normallaşdıran, diabet və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldan sağlam qidaları açıqlayıb.

Foodinfo.az xəbər verir ki, əsas profilaktika tədbirlərindən biri düzgün qidalanmadır. Ekspert qanda qlükoza səviyyəsinə faydalı təsir göstərən üç növ giləmeyvənin adını çəkib. Bunlar çiyələk, moruq və yabanı qaragilədir.

Giləmeyvələrə əlavə olaraq, həkim pəhrizə kələm, brokoli və ispanaq kimi yaşıl yarpaqlı tərəvəzləri, həmçinin bütün taxıllar, qoz-fındıq daxil etməyi tövsiyə etdi. Bununla belə, o, qan şəkərinin səviyyəsini yüksəldə bilən manqo, banan və ananas kimi şirin meyvələrin həddindən artıq istifadəsi yolverilməzdir.