Uşaqlarda piylənmə əsasən qeyri-sağlam qidalanma və az fiziki aktivlik səbəbindən yaranır.

Foodinfo.az xəbər verir ki, yüksək kalorili, şəkər və yağ tərkibli fast food, qazlı içkilər, şirniyyatlar uşaqlarda çəki artımına gətirib çıxarır. 

Həmçinin texnologiyanın təsiri ilə uşaqlar daha çox vaxtını ekran qarşısında keçirir, bu isə fiziki aktivliyi azaldır. 

Genetik meyillilik də piylənməyə təsir edə bilər, lakin ətraf mühit və həyat tərzi daha mühüm rol oynayır. 

Eyni zamanda, yuxu çatışmazlığı, stress və hormonal problemlər də piylənmənin səbəblərindən biridir. 

Valideyn nəzarəti və sağlam həyat tərzinin təşviqi piylənmənin qarşısını almaq üçün vacibdir.