Bəzi insanlar günə bir fincan qəhvə ilə başlamağa öyrəşiblər. Lakin, yaş və sağlamlıq problemləri ilə əlaqədar bəziləri bu içkidən imtina etmək qərarına gəlir. Buna görə də mütəxəssislər bunun 40 yaşdan yuxarı olanların səhər pəhrizində uğurlu bir əvəz ola biləcəyini açıqlayıb.

Mütəxəssislər adi qəhvənin məşhur kakao ilə əvəz oluna biləcəyinə aydınlıq gətiriblər. Bu içkinin tərkibində kofein də var, lakin onun tərkibi xeyli azdır.

Kakaonun tərkibində beyin fəaliyyətini normallaşdıran, yaddaşı yaxşılaşdıran, həmçinin qanı xolesteroldan təmizləyən faydalı maddələr var. Bundan əlavə, bu içki əhval-ruhiyyəni yaxşılaşdırmağa və hətta yaddaşı yaxşılaşdırmağa kömək edir.

Kakaonun tərkibində maqnezium kimi kofeinin təsirini tarazlaşdırmağa kömək edən elementlər var. Bu maddə hormonların və əhval-ruhiyyənin tarazlığını qorumağa kömək edir.

Lakin mütəxəssislər kakao içərkən içkiyə çoxlu şəkər qatmamağı məsləhət görürlər. Çünki bu tərkib hissəsinin artıq olması ürək-damar xəstəlikləri riskini artıra bilər.