Təzə meyvə və tərəvəzləri digər alternativlərlə əvəz etmək pulunuza qənaət etməklə yanaşı, sağlamlığınızı da yaxşılaşdıra bilər. Foodinfo.az xəbər verir ki, bu barədə mütəxəssislər bildirir.

Konservləşdirilmiş pomidor. Onların tərkibində təzə tərəvəzlərdən daha çox antioksidant olan likopen, kalsium və dəmir var.

Dondurulmuş qaragilə. Onlar təzə giləmeyvə ilə müqayisədə daha çox C vitamini və polifenol saxlayırlar, çünki dondurma prosesi qida maddələrinin itkisini ləngidir.

Dondurulmuş noxud. Onların tərkibində təzə noxuddan daha çox müəyyən növ B vitaminləri və E vitamini var.

Dondurulmuş ispanaq. E vitamini və asanlıqla əmilən dəmirlə zəngindir.

Nurlan