Ağız boşluğunda müşahidə olunan bir çox simptomlar zamanı dərhal diş həkiminə müraciət edilməlidir.

Foodinfo.az xəbər verir ki, bu barədə stomatoloq-terapevti Yuliya Novikova xəbərdarlıq edib.

Həkimə müraciət etmək üçün ən ciddi səbəblərindən biri ağrıdır. Vacib deyil ki, ağrı dözülməz olsun. Müxtəlif ağrılar ola bilər: şirin, turş qidalardan, toxunduqda, başı əydikdə yaranan ağrılar və s. Bu simptomlar bir sıra xəstəliklərin əlaməti ola bilər.

Digər narahatedici simptomlar şişkinlik, dərinin rənginin dəyişməsi və üzün asimmetriyasıdır. Onlar bədəndə xroniki proseslərin kəskinləşməsini göstərə bilər.

Ağızdan gələn qoxu - halitoz - son dərəcə xoşagəlməz patologiyaların təzahürü ola bilər. Oyandıqdan sonra ilk dəfə ağzınızı açmaq çətindirsə və ya bunu etməyə çalışdığınız zaman çıtma səsi eşitdirsinizsə, bu, alt çənə (gicgah-çənə) oynağıyla bağlı problemlərin göstəricisi ola bilər.

Həmçinin, dişlərinizi fırçalayarkən diş ətiniz qanayırsa, həkimə müraciət edin: vaxtında müalicə olunmasa, bu problemə çevrilə bilər.

Leyla