Rusiyada bir sıra beyin xəstəliklərini müalicə edəcək universal həb hazırlanır.
Foodinfo.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın Fundamental Əsasları” Federal Tədqiqat Mərkəzi “R-Pharm” şirkətlər qrupu ilə birlikdə depressiya və neyrodegenerativ xəstəliklərin, o cümlədən depressiya, autizm, Altsheymer xəstəliyi və dağınıq sklerozun müalicəsi üçün yeni preparat hazırlamağa hazırlaşır.
Layihə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin maliyyə dəstəyi ilə üç il müddətində həyata keçiriləcək. Preparat eburnaminin təbii alkaloidlərinin strukturu əsasında yaradılacaq.
Bu maddə sinir hüceyrələrinin və neyromediatorların formalaşmasına təsir göstərərək müxtəlif neyrodegenerativ xəstəliklərin müalicəsində kömək edə bilər.
Nərmin