"James Webb" Kosmik Teleskopu, aktiv şəkildə formalaşan "Herbig-Haro 46" və "Herbig-Haro 47" ulduzlarını çəkməklə heyrətləndirici bir kəşf edib.

Foodinfo.az xəbər verir ki, kəşflər bununla bitməyib. Fotoşəkildə bu göy cisimlərinin altında nəhəng sual işarəsinə bənzəyən cisim görünür.

Bu qeyri-adi “işarə” alimlərin diqqətini çəkib. Kosmik Teleskop Tədqiqat İnstitutunun (STScI) nümayəndəsi belə bir formanın iki və ya daha çox qalaktikanın birləşməsi nəticəsində yaranmış olduğunu təxmin edir.

Lakin obyektin dəqiq yaranma səbəbi hələlik sirr olaraq qalır. Obyektin qırmızı rəngi onun bizdən çox uzaqda olduğunu göstərir.

Şəkildə həmçinin mavi qaz və toz buludunun əhatəsində olan gənc ulduzlar da əks olunub. Bu disk onların kütləsini artırmağa davam edir.

Natəvan