Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun kollektivi ilə görüş keçirib. Görüşdə İmran Cümşüdov zəngin keçmişə malik institut qarşısında duran vəzifələrdən bəhs edib: “Azərbaycanda meyvəçiliyin intensiv texnologiyalar əsasında inkişaf etdirilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir. Aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. İnstitutun gələcəkdə elmi-tədqiqat işlərinin aparılmasında fermer təsərrüfatları ilə sıx əlaqələrin yaradılması mühüm əhəmiyyət kəsb edir. O cümlədən, elmi-tədqiqatlar sahəsində fəallığın daha da artırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi son dərəcə vacibdir.
Foodinfo xəbər verir ki, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, elmi işlər üzrə direktor müavini Vahid Əliyev aparılan elmi-tədqiqat işləri və həyata keçirilən layihələr, təsərrüfat işləri üzrə direktor müavini İbrahim Rüstəmov isə təsərrüfatların vəziyyəti və hədəflər barədə geniş məlumat veriblər.
Bildirilib ki, institutda 150 əməkdaş çalışır, onlardan 59 nəfəri elmi işçi, 5 nəfəri elmlər, 22 nəfəri isə fəlsəfə doktorudur. 9 şöbə və 3 laboratoriya tədqiqatlar istiqamətində fəaliyyət göstərir. Şöbələrdə meyvə bitkilərinin seleksiyası, becərmə, tingçilik, inteqrir mübarizə texnologiyaları öyrənilir. Laboratoriyalar isə aqroekologiya və analizlər, biotexnologiya, emal və saxlama texnologiyaları üzrə fəaliyyətini davam etdirir.
İmran Cümşüdov institut əməkdaşlarını maraqlandıran sualları cavablandırıb, yaxın gələcəkdə aqrar elm sahəsində həyata keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verib.
Sonda institutun təcrübə şəbəkələrinə, laboratoriyalarına baxış keçirilib, aparılan analiz və tədqiqat işləri təhlil edilib.
Nurlan
Son xəbərlər
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər
- Gündəlik yulaf yeməyin yan təsirləri ortaya çıxdı