Göbələkdən zəhərlənmə zəhərli göbələklərin istehlakı nəticəsində yaranır və ciddi sağlamlıq problemlərinə, hətta ölümlə nəticələnə bilər.

Foodinfo.az xəbər verir ki, zəhərli göbələklərdə müxtəlif toksinlər mövcuddur və bu toksinlər mədə-bağırsaq, sinir sistemi, qaraciyər və böyrək kimi orqanlara ciddi ziyan vurur. Göbələk zəhərlənməsi əlamətləri göbələyin növünə və qəbul edilən miqdarına bağlı olaraq dəyişir.

Göbələkdən zəhərlənmə əlamətləri:

- Başlanğıc əlamətləri: qusma, ishal, qarın ağrısı və ürəkbulanma

- İrəliləmiş hallarda: başgicəllənmə, qaraciyər və böyrək çatışmazlığı, sinir sistemi pozuntuları, halüsinasiyon və şok

Bu zaman hansı tədbirləri görmək lazımdır?

1. Dərhal tibbi yardım alın

Göbələk zəhərlənməsi təcili yardıma ehtiyac duyan bir vəziyyətdir. Əlamətlər göründüyü andan gecikmədən həkimə müraciət edin.

2. Bol maye qəbul edin

Zəhərlənmə zamanı bədən su itirə bilər, ona görə də su qəbul etmək faydalıdır.

3. Göbələk nümunəsini saxlayın

Həkimlərə hansı göbələyi yediyinizi göstərmək diaqnozda kömək edə bilər.