Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “ARB 24” Televiziya Şirkətinin birgə layihəsi olan “Qida Bələdçisi” verilişinin növbəti buraxılışı yayımlanıb. Budəfəki buraxılışda maraqlı mövzulara toxunulub.
Səbail rayonu Badamdar qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib. Ət satışı mağazalarında antisanitar vəziyyət və baytarlıq ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi aşkarlanıb.
Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 10 652 müraciət daxil olub. Həmin sahibkarlıq subyektlərindən 10 247-nə çıxarış təqdim edilib.
Kifli çörək insan orqanizmində hansı fəsadlar yarada bilər?
Yanlış qidalanma mədə-bağırsaq xəstəlikləri yarada bilər. Bunun qarşısın almaq üçün nə etmək lazımdır?
Uşaqlara hansı süddən verək? İnək, yoxsa keçi südündən? Mütəxəssis tövsiyəsi.
Bütün bunlar “Qida bələdçisi”nin 39-cu buraxılışında.
Qeyd edək ki, “Qida Bələdçisi” hər həftənin bazar günü saat 19:20-də "ARB24" telekanalında yayımlanır.
https://www.youtube.com/watch?v=WKJv1gU-iLk