Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə əməkdaşlığı davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, bu çərçivədə Agentliyə “Sun Food” Məhdud Məsuliyyətli Cəmiyyətdən istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciətlər daxil olub. Müraciətlər əsasında həmin Cəmiyyət tərəfindən tədarük olunmuş, ümumi çəkisi 22.905 ton təşkil edən müxtəlif növ süd məhsulları və 88.85 ton çəkisi olan müxtəlif növ digər qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Son xəbərlər
- AQTA sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
- Alimlər şəkər və yağlı ətdən daha zərərli qidaları açıqlayıb
- Ballı çay şəkərli çaydan daha faydalıdırmı?
- 47 dollara toyuq döşü, 8 dollara bir banka qəhvə: Arktikada həyat nə neçəyədir?
- Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
- Şəkərli diabetə tutulma riskini azalda bilən şokolad