Bu il iyulun 10-da Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə üçüncüsü baş tutan “Qarabağ gecəsi” xeyriyyə konserti baş tutdu. Konsertdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəniyyət obyektlərinin yenidən qurulmasına yönəldiləcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan konsertdə Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab və “Qaytağı” instrumental ansamblı iştirakçıların zövqünü oxşadı.

Tədbirə Veysəloğlu Şirkətlər Qrupundan yüz nəfər rəhbər heyət, onların ailə üzvləri iştirak edərək dəstəyini göstərdi. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə ilə keçirilən tədbirdə işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor və təşkilati dəstək olan şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən və ümumiyyətlə işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib. Qarabağın bərpası və yenidən qurulmasına töhfəyə görə Fondun adından “Qarabağ gecəsi” xeyriyyə konsertinə verdiyi dəstəyə görə” Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbova nominasiya təqdim edildi.

Məlumat üçün bildirək ki, Qarabağın inkişafı ilə bağlı layihələrini tərəfdaşımız Qarabağ İnkişaf Fondu ilə Fond vasitəsi ilə həyata keçirir. Keçən il Fond tərəfindən təşkil olunan 2-ci “Qarabağ gecəsi” xeyriyyə konsertinə Şirkətlər Qrupumuz baş sponsor olmuşdu.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.