Banan bir çoxlarının sevimli meyvələrindən biridir. Lakin mədə-bağırsaq traktının, böyrəklərin və şəkərli diabet xəstəliklərində əks göstərişdir. Foodinfo.az bildirir ki, bu barədə NEWS.ru-ya dietoloq Veronika Qusakova məlumat verib.

Ancaq artrit və astma üçün banan, əksinə, bədəndə iltihabı azaldan və immunitet sisteminin fəaliyyətini yaxşılaşdıran B6 vitamininin yüksək tərkibinə görə fayda verəcək. Onların tərkibində olan kalium sümükləri və oynaqları gücləndirir, həmçinin bədəndəki su balansına cavabdehdir. Maqnezium ürək-damar sistemi üçün yaxşıdır. Mütəxəssisin sözlərinə görə, bu meyvə yüksək karbohidratlı olduğu üçün çoxlu enerji verdiyi üçün idmandan əvvəl və ya sonra əla qəlyanaltıdır.

Leyla