Şişkinlik 50 yaşdan yuxarı insanlarda ən çox rast gəlinən problemlərdən biridir. Bu müxtəlif səbəblərdən yarana bilər. Foodinfo.az xəbər verir ki, qidalanmada duz və ədviyyat orqanizmdə təbii olan mayeni saxlayır ki, nəticədə şişkinlik yaranır.  

Lakin şişkinliyi azaltmağa kömək edən qidalar da var. Məsələn kalium tərkibli qidalar bədəndəki maye balansını tənzimləməyə və artıq suyun çıxarılmasına kömək edir. Banan, ərik, xurma, qovun, kələm və s. kimi məhsullar buna aiddir.

Paxlalılar, qoz-fındıq və avokadoda çox miqdarda maqnezium var ki, bu element də bədəndəki maye balansını tənzimləməyə kömək edir.

Ancaq bir neçə dəqiqə ərzində özünüzü daha yaxşı hiss etməyə kömək edəcək qarpız, xiyar, kərəviz, cəfəri, alma kimi qidalar tez və müsbət effect verir.