Marketoloqlar müəyyən bir məhsulun faydaları haqqında mif yaratmağı bilirlər. Ancaq kompozisiyanı oxuduqdan, məhsulun necə istehsal edildiyini dəqiq anladıqdan sonra hər şey öz yerinə düşür. Foodinfo.az PrimaMedia-ya istinadla xəbər verir ki, məsələn, banan çipsləri digər quru meyvələr kimi sağlam qəbul edilir. Ancaq onların hazırlanması prosesi haqqında az adam məlumatlıdır. Fakt budur ki, banan çiplərinin istehsalı texnologiyası kartof çiplərinin hazırlanmasına bənzəyir. Təzə bananlar nazik dilimlərə kəsilir, çox miqdarda yağda qızardılır və sonra şəkər siropuna batırılır.

Həmçinin az yağlı qatıqlar və pendirlər ilk baxışdan göründüyü qədər pəhrizli deyil. İstehsalçılar texnoloji və kimyəvi üsullarla məhsullardan yağları təmizləyərkən dad itkisini kompensasiya etmək üçün onları dad artırıcılar və digər əlavələrlə əvəz edirlər. Bundan əlavə, bu cür məhsulların ömrünü artırmaq üçün trans yağlar tez-tez istifadə olunur ki, bu da xolesterol səviyyəsinin artmasına səbəb ola bilər.