Rusiya Səhiyyə Nazirliyinin Rusiya Uşaq Klinik Xəstəxanasının dietoloqu Səbinə Karsiyeva qarpızın faydalı xüsusiyyətlərindən danışıb.

O, AİF saytı ilə söhbətində qeyd edib ki, qarpızın tərkibində çoxlu C vitamini ilə yanaşı, B vitaminləri də var.

Bundan əlavə, damarların genişlənməsinə kömək edən amin turşusunun zəngin mənbəyidir.

Qarpızın orta səviyyədə istehlakı bədənə faydalı təsir göstərir, lakin onu həddindən artıq yeməməlisiniz.