Qurut ənənəvi süd məhsuludur və Qafqaz, Orta Asiya və Yaxın Şərqdə geniş yayılmışdır. Qurut qatılaşdırılmış südün duzlanması və qurudulması ilə hazırlanır və uzun müddət saxlanıla bilən qidalandırıcı bir məhsuldur.

Foodinfo.az qurutun hazırlanma prosesini təqdim edir:

1. Süd qaynadılır və soyudulur. Daha sonra ona qatıq və ya turş süddən maya əlavə edilir. Süd fermentasiya edildikdən sonra qatıq halına gəlir.

2. Qatığı süzgəcdən keçirərək suyu çıxarılır və qatılaşdırılmış kütlə əldə edilir.

3. Qatılaşdırılmış qatığa duz əlavə edilir və yoğrulur.

4. Daha sonra kiçik toplar halında və ya nazik təbəqələr şəklində düzülərək günəşdə və ya sobada qurudulur.

Faydaları:

- Qurut zülal, kalsium, fosfor və B vitaminləri ilə zəngindir. Bu maddələr sümüklərin və dişlərin sağlamlığı üçün vacibdir.

 - Uzun müddət saxlanıla bilir və xüsusilə qış aylarında qida mənbəyi kimi istifadə olunur.

- Fermentasiya prosesi sayəsində probiyotiklərlə zəngindir və bu da həzm sistemini yaxşılaşdırır.

- Yüksək enerji tərkibi ilə uzun müddət toxluq hissi təmin edir və fiziki fəaliyyət üçün güc verir.

Qurut müxtəlif yeməklərdə istifadə edilə bilər. Sulu yeməklərə, salatlara və ya qovrulmuş yeməklərə əlavə olunur. Çərəz olaraq quru şəkildə də yeyilə bilər. Bəzi bölgələrdə isə isti su ilə qarışdırılaraq içki kimi istehlak edilir.

Bu qida yüksək duz tərkibli olduğu üçün qan təzyiqi və ya böyrək problemləri olan şəxslərin miqdarını nəzarətdə saxlaması tövsiyə olunur.