Semizotu ən sağlam qidalardan biridir. Azərbaycanda bu bitki PƏRPƏTÖYÜN olaraq tanınır.

Öz-özünə böyüyür, qatıqla qarışdırıldıqda pis xolesterini yox edir.

Ümumiyyətlə isti iqlimi olan otlu, şirəli və birillik bitkidir. Semizotu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən çox istifadə edilən dərman bitkilərindən biri kimi müəyyən edilib. Avropa, Asiya, Afrika, Şimali Amerika və Avstraliyada böyüyə bilən semizotu ətli gövdə və yarpaqlardan ibarətdir.

Yayda tez-tez istehlak edilən və Türkiyənin hər yerində bolca yetişən semizotu ürək və dəri sağlamlığı başda olmaqla bir çox faydası ilə diqqət çəkir.İnsanların uzun ömür sürdüyü yerlərdə yemək vərdişlərini araşdıran elm adamları, bu insanların süfrələrində həm yeməkdə, həm də salatlarda həmişə semizotu istehlak etdiklərini izah edirlər.

KOLLAGENİ ARTIRIR

Kollagen dərinin elastikliyini və davamlılığını təmin edən vacib bir proteindir. Semizotu tərkibindəki C vitamini və digər antioksidanlar sayəsində kollagen istehsalını artıraraq dəri sağlamlığını yaxşılaşdırır və qocalma əlamətlərini azaldır.

Buna görə də, semizotu istehlakı dərinin gənc və sağlam olmasına kömək edir.

PİS XOLESTERİNİ AZALDIR

Omeqa-3 yağ turşuları ürək-damar sağlamlığını qoruyur, infarkt və insult riskini azaldır.

Semizotu xüsusilə alfa-linolenik turşusu (ALA) ilə zəngindir və bu qiymətli yağ turşusunu bitki mənbələrindən təmin edən nadir bitkilərdən biridir.Araşdırmalar göstərir ki, semizotu müntəzəm istehlakı pis xolesterinin (LDL) səviyyəsini aşağı salır və yaxşı xolesterinin (HDL) səviyyəsini artırır.

BƏDƏNDƏKİ QANI TƏMİZLƏYİR

O, həmçinin qan təmizləmə və detoksifikasiya xüsusiyyətlərinə malikdir. Tərkibindəki flavonoidlər və fenolik birləşmələr orqanizmdən toksinlərin atılmasını sürətləndirir, qaraciyərin sağlamlığını dəstəkləyir və ümumi bədən funksiyalarını yaxşılaşdırır.

Semizotu həm də böyrək sağlamlığını qoruyur və sidikqovucu xüsusiyyətləri sayəsində bədəndən artıq suyun çıxarılmasına kömək edir.

ÇƏKİYƏ NƏZARƏTİ TƏMİN EDİR

Aşağı kalorili və yüksək lif tərkibinə malik olan Semizotu çəkiyə nəzarət etməyə kömək edə və uzun müddət tox saxlaya bilər.

 PƏRPƏTÖYÜN NECƏ İSTİFADƏ OLUNUR?

Semizotu təzə istifadə edə bilərsiniz. Pomidor, xiyar, zeytun, ağ pendir, qatıq kimi inqrediyentləri yuyub, doğrayıb qarışdıraraq dadlı salat hazırlaya bilərsiniz. Ona zeytun yağı və limon suyu əlavə etməyi unutmayın.

Semizotu xüsusilə zeytunyağlı yeməklərdə istifadə olunur. Soğan və sarımsaq ilə qovrulmuş, yumurta qıraraq və ya qatıq əlavə edərək istehlak edə bilərsiniz.