Şəkəri azaldacaq və arıqlamağa kömək edəcək giləmeyvələrdən biri moruqdur. Foodinfo.az xəbər verir ki, moruq  sağlam vitaminlərlə doludur. Onun kalorisi çox azdır, minerallarla zəngindir.

Moruq beyin fəaliyyətini yaxşılaşdırır, beləliklə, yaşlanmanın qarşısını alır. Onun istənilən formada müntəzəm istifadəsi yaddaş problemlərinə kömək edir.

Bu giləmeyvə ürək əzələsini gücləndirir, bir çox əlaqəli xəstəliklərin qarşısını alır.

Şirinliyinə baxmayaraq, moruq qan şəkərinin səviyyəsini aşağı salır . Moruq həm də arıqlamaq üçün ən yaxşı vasitədir. Tərkibindəki olam maddələr hətta yağlı yeməklər zamanı insanı kökəlməyə qoymur.