Hər kəs bilir ki, bir çox qidalar bir-birinə uyğun gəlmir və birləşdikdə sağlamlıq problemlərinə səbəb ola bilər. Məsələn, süd və ət məhsulları fərqli vaxtlarda yeyilməlidir.
Foodinfo.az xəbər verir ki, diyetoloq Tatyana Yakovleva bunun səbəbini açılayıb.
Onun sözlərinə görə, süd ətin həzmini çətinləşdirir və ondan dəmirin sovurulmasını azaldır, bu isə mədə-bağırsaq traktı üçün zərərlidir.
Üstəlik, ət yeməklərini təkcə südlə deyil, digər süd məhsulları ilə də birləşdirməməlisiniz. Bura xama, yoqurt, pendir və s. qidalar daxildir.
Bəzi insanlar isə ümumiyyətlə süddən imtina etməlidirlər. Çünki yaş ötdükcə bədən inək südünün tərkibindəki laktozanı parçalayan laktaza fermentini istehsal etməyi dayandırır. Bu, bütün insanlarda olmur, lakin bəzilərimiz süd məhsullarının daha pis həzm olunmağa başladığını görə bilərik. Belə bir balanssızlıq adətən halsızlıq və həzmsizlik ilə özünü göstərir.
Qidalanma mütəxəssisi bu vəziyyətdə böyüklərin qida rasionunda südü minimuma endirməyi, onu tərəvəz analoqu ilə əvəzləməyi təklif edir. Lakin turş-süd məhsullarını menyuda saxlamaq daha yaxşıdır, onlar yalnız fayda verəcək.
Həkim onu da qeyd edib ki, yağlı donuz ətindən tamamilə imtina etmək məsləhətdir. Onu daha diyetik ətlərlə əvəzləmək daha yaxşıdır. Donuz ətindən uzaq durmağın faydası onun tərkibində xolesterin və böyümə hormonunun yüksək olması ilə bağlıdır. Bu ətin qida rasionuna daxil edilməsi iltihabın və müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər.