Yalnız uşaqların deyil, böyüklərin də çox sevdiyi yoqrutu ona bal qatmaqla daha faydalı edə bilərsiniz.

Foodinfo.az xəbər verir ki, bunu İllinoys Universitetinin alimləri sübut ediblər.

Aralıq dənizi pəhrizində çox rast gəlinən yoqurt və balın birləşməsi mədə-bağırsaq mikrobiomu üçün faydalıdır.

Yoqurtda "Bifidobacterium animalis" kimi probiotiklər var. Müəyyən probiotiklər həzm sisteminin sağlamlığını təmin edir, qəbizliyin qarşısını alır, həmçinin əhval-ruhiyyə və koqnitiv bacarıqlara müsbət təsir göstərir.

“The Journal of Nutrition” jurnalında dərc edilən yeni araşdırmaya görə, bal qatıqdakı probiotik bakteriyaların həzm zamanı sağ qalmasını, nəticədə də bağırsaq sağlamlığını təmin edir.