Alimlər xərçəng xəstəliyi ilə müalicə məqsədilə adi duzdan istifadə metodikasını düşünüb. Bu metod tətbiq olunarsa, kimyaterapiyanı əvəz edə bilər.
Foodinfo xəbər verir ki, Corcini Universitetinin alimləri duzda olan nanohissəciklərin şiş hüceyrələrinə hücüm etdiyini və onlar üçün toksik təsirli olduğunu aşkarlayıb.
Məhz duzda olan bu nano hissəciklər şüş hüceyrəsinin daxilinə keçib onu öldürə bilər. Kimyaterapiya və şüadan fərqli olaraq bu metod zərərli olmayacaq.
Alimlər artıq siçanlar üzərində bu metodu sınayıb və 66% halda şişlərin böyüməsinin dayandığı aşkarlanıb.
Alimlər hesab edir ki, ilk olaraq bu metod sidik kisə, prostat, süd vəzi, qaraciyər xərçəngində uğurla tətbiq oluna bilər.
Son xəbərlər
- Gündəlik yulaf yeməyin yan təsirləri ortaya çıxdı
- Bişmiş yumurta hansı hallarda xərçəngə səbəb ola bilər?
- Çərəzi nəm olmaması üçün necə saxlamaq olar?
- AQTİ-nin laboratoriyası üç beynəlxalq səriştəlilik sınağında on bir parametr üzrə uğurlu nəticə əldə edib
- Qan damarlarını gücləndirmək üçün ən yaxşı məhsullar
- Mürəbbədən kif çıxarılsa yemək olarmı?