Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2019-cu ildə istehlakçıların maarifləndirilməsi istiqamətində 12 maarifləndirici sosial çarx hazırlayıb, televiziya və digər elektron informasiya vasitələrində mütəmadi yayımı həyata keçirilib. Bu barədə məlumat verən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, il ərzində müxtəlif mətbuat orqanlarında təbliğat-təşviqat xarakterli 200-ə qədər elmi-tədqiqat və maarifləndirici məqalə dərc edilib, qida təhlükəsizliyinə dair daxil olan 650-dən çox yazılı sorğu cavablandırılıb.
10-dan artıq informasiya portalında ilboyu “AQTA maarifləndirir” adlı layihə həyata keçirilib. Agentlik tərəfindən “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi keçirilib. Müsabiqədə şagirdlər 2000-dən artıq rəsm əsərləri ilə iştirak edib. “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumilikdə 20 000-ə qədər müəllim və şagirdin iştirakı ilə 65 bölgənin 135 ümumtəhsil müəssisəsində sağlam qidalanmanın təşviqi istiqamətində tədbirlər keçirilib. Əhali arasında sağlam qidalanmanın geniş təbliği ilə bağlı universitetlərdə, orta məktəblərdə, dəmiryolu vağzalı, avtobuslar və metro vaqonlarında maarifləndirici bannerlər quraşdırılıb, videoçarxlar nümayiş etdirilib. Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı ilk elmi-kütləvi informasiya vasitəsi olan “Süfrə” jurnalı hazırlanıb, 2 nömrəsi nəşr edilib, 1 nömrəsi çapa hazırlanıb.
Son xəbərlər
- Gündəlik yulaf yeməyin yan təsirləri ortaya çıxdı
- Bişmiş yumurta hansı hallarda xərçəngə səbəb ola bilər?
- Çərəzi nəm olmaması üçün necə saxlamaq olar?
- AQTİ-nin laboratoriyası üç beynəlxalq səriştəlilik sınağında on bir parametr üzrə uğurlu nəticə əldə edib
- Qan damarlarını gücləndirmək üçün ən yaxşı məhsullar
- Mürəbbədən kif çıxarılsa yemək olarmı?