Bir qrup alim pomidorla bağlı araşdırma aparıb. Araşdırmaya görə gündə 2 stəkan pomidor suyu içən xanımlarda menstruasiya dönəmini rahat keçirməsinə kömək edir.
Foodinfo xəbər verir ki, elm adamları, 8 həftə ərzində 93 qadından gündə 2 dəfə 200 milli litr pomidor suyu içməsini xahiş edib və daha sonra həmin qadınların vəziyyətini araşdırıb.
Araşdırma nəticəsində iştirakçılarda menstruasiya zamanı ortaya çıxan istilik basması, əsəbilik halı kimi mənfi təsirlərinin azaldığı müşahidə olunub.
Bundan əlavə pomidor suyunun sağlamlığa bi sıra başqa faydaları da var:
-Pomidorun C və E vitaminləri ehtiva edər, zəngin bir kalium qaynağı olduğu üçün, yüksək qan təzyiqini salmaqda ideal vasitədir.
-Öd və böyrək daşlarının salınmasına köməkçi olar.
-Antioksidan xüsusiyyəti ilə xərçəngə və ürək xəstəliklərinə tutulma riskini, iflic keçirmə və katarakt təhlükələrini azaldır.
-Ürəyi xəstəliklərə qarşı qoruyan və daha bir çox faydası olan likopen maddəsi, pomidor suyunun 85%-ində olur. Likopen sonsuz kişilərdə sperma sıxlığını və hərəkətliliyini artıraraq sonsuzluğu önləyər.
-Pomidorun həzmi asanlaşdırdığını, xüsusilə nişastalı yeməklərin (xəmir işləri, quru ərzaq) asan həzm edilməsinə təmin etdiyi ifadə edilir.
-Tərkibində , yüksək nisbətdə olan C vitamini, immunitet sisteminin inkişafında, qrip və soyuqdəymə kimi xəstəliklərin müalicəsində faydalıdır.
-Mədə və bağırsaqların nizamlı bir şəkildə işləməsini təmin edir.
-Qəbizliyi aradan qaldırır.
Nurlan
Son xəbərlər
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər
- Gündəlik yulaf yeməyin yan təsirləri ortaya çıxdı