Bu sahənin gənc mütəxəssisi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin həmsədri Məhsəti Hüseynova hesab edir ki, zərərli qidalar insanı məhvə aparan genetik silahdır.
Əslində yanlış qidalanma, qeyri-orqanik, geni dəyişmiş ərzaqlardan istifadə bir çox hallarda sağalmaz xəstəliklərin yaranma səbəbinə çevrilməklə yanaşı, həm də ən böyük təhlükəlisi milli genefondumuza vurulan sağalmaz yaradır. Bu yaranın fəsadlarının miqyası barədə ciddi düşünəndə, problemin həqiqətən də milli təhlükəsizlik xarakteri daşıdığı danılmaz fakta çevrilir. Məhz bu səbəbdən son illər həm hökumət tərəfindən, həm də vətəndaş cəmiyyəti institutlarının xətti ilə sahəyə diqqət ön plana çəkilib, əhali arasında sağlam qidalanmaya, sağlam həyat tərzinə yönəlik maarifləndirmə işləri mütəşəkkil xarakter alıb. Maarifləndirmə və təbliğat fəaliyyətinin üst qurumu sahəyə aid elmi araşdırmalar, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə söykənən faydalı ədəbiyyat nümunələri sayılır. Məhsəti Hüseynova gənc və perspektivli alimlərimizdən, məhz qida təhlükəsizliyi sahəsində respublikanın azsaylı mütəxəssislərindən biridir."
"Əgər hər bir vətəndaş üzərinə düşən işi lazımınca görsə, yalnız o zaman istədiyi nəticə alınar, və çoxluğun səsinin nə qədər əhəmiyyətli olduğunun şahidi olar. Bütün dairələrdən istədiyiniz namizədinizi seçin və dəstəyinizi 9 fevralda səs verməklə göstərin.
Əgər mənə bu etimadı göstərərsinizsə, var gücümlə sizə, xalqıma və dövlətimə səlahiyyətim daxilində xidmət edəcəyimə əmin ola bilərsiz".
Hörmətlə, sizin Məhsəti Hüseynova!