Azərbaycan Respublikasının Qida Təklükəsizliyi Agentliyi (AQTA) tərəfindən Tovuzda qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə AQTA-nın sədr müavini Rəşad Mafusov əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində son illər həyata keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. Qida sənayesi sektorunda müasir standartların tətbiqindən danışan R. Mafusov, idxal-ixrac əməliyyatları zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasında nəzarət imkanlarının genişləndiyini vurğulayıb. O bildirib ki, həyata keçirilən islahatlar Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına töhfə verməklə yanaşı, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına köməklik göstərir.
Tədbirdə sahibkarları maraqlandıran məsələlər müzakirə olunub, heyvan sağlamlığı sahəsinə nəzarət sisteminin formalaşdırılması, heyvan kəsiminin tənzimlənməsi, bitkiçilik məhsulların zərərli orqanizmlərinə qarşı mübarizə tədbirlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda zərərli orqanizmlərə qarşı istifadə olunan kimyəvi maddələrin ən son həddə istifadə olunması və bu zaman norma və qaydalara riayət olunması tövsiyə edilib. Həmçinin aqrokimyəvi maddələr və digər bitki mühafizə vasitələrinin tətbiqi və istifadəsi zamanı təhlükəsizlik, şəxsi gigiyena qaydalarına əməl edilməsi diqqətə çatdırılıb.
Foodinfo xəbər verir ki, tədbirdə heyvan sağlamlığı və dövlət baytarlıq nəzarəti sahəsində münasibətlərdə şəffaflığın və operativliyin təmin edilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sonra R.Mafusov şəxsi müraciətlərlə bağlı sahibkarlarla fərdi görüşərək onları dinləyib. Səfər çərçivəsində R. Mafusov AQTA-nın Tovuz regional bölməsinin əməkdaşları ilə görüşüb. Onlara bir sıra tövsiyələr verib.
Eyni zamanda region ərazisində fəaliyyət göstərən pərakəndə və topdansatış obyektlərinə, gilas və xurma bağlarına, “Food Export Shamkir” MMC-nin soyuducu anbarına, “Shamkir Greenhouse” MMC-nin istixanasına, Tovuz rayonunda fəaliyyət göstərən heyvan kəsimi məntəqəsinə, eləcə də “Tovuz AGRO” MMC-nin heyvandarlıq kompleksinə baxış keçirilib. Baxış zamanı sahibkarlara bir sıra tövsiyələr verilib, onların üzərinə düşən məsuliyyət ətraflı izah edilib. Qida təhlükəsizliyi sahəsində mövcud texniki-normativ huquqi aktların tələbləri diqqətə çatdırılıb.
Nurlan
Son xəbərlər
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər
- Gündəlik yulaf yeməyin yan təsirləri ortaya çıxdı