Ukraynanın paytaxtı Kiyevdə şaurmadan zəhərlənənlərin sayı 83 nəfərə çatıb. Bu barədə Ukrayna Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Zəhərlənənlərdən 12-si uşaqdır. Zəhərlənməyə səbəb olan obyektlərdə aparılan araşdırmalardan sonra lazımi sənədləri olmadığına görə onların hamısı bağlanıb. Qeyd edək ki, zəhərlənmə hadisəsi Kiyevin müxtəlif bölgələrində baş verib. Faktla bağlı cinayət işi açılıb.