Qida Günü BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən (FAO) qurumun 1945-ci ildə yaradılmasının ildönümünü qeyd etmək üçün təsis olunub. Bu gün ilə bağlı tədbirlər dünyanın 150-dən çox ölkəsində təşkil olunur. Bu il “Ümumdünya Qida Günü”nün şüarı “Sağlam qidalanma” olaraq təyin edilib və məqsəd diqqəti əhali arasında sağlam qida və düzgün qidalanma, həmçinin israf hallarının aradan qaldırılması, təkrar emal prosesinin inkişafı, yeni istehsal üsullarının tədqiqi və təbliğatının aparılmasına cəlb etməkdir.