Yəməndə baş verən müharibə 5 milyon 400 min vətəndaşın aclıq çəkməsi və qida çatışmamazlığı problemi ilə üzləşməsinə səbəb olub. Onların arasında 2 milyon 900 nəfər 5 yaşından az uşaq var. Foodinfo.az Rusiya mətbuatına istinadla xəbər verir ki,  bu barədə ölkənin Səhiyyə naziri Taha Mütəvəkkil məlumat verib. Onun sözlərinə görə, hər il 5 min uşaq koalisiya qüvvələrinin  işlətdiyi kimyəvi silahların nəticəsində xərçəng xəstəliyinə tutulur.