Ölkədə ən vacib məsələlərdən biri qida təhlükəsizliyidir. Ölkə başçısının müvafiq fərmanı ilə il yarıma yaxındır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini (AQTA) öz fəaliyyətinə başlayıb. Agentliyin tabeliyində Prezidentin müvafiq fərmanı ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu fəaliyyət göstərir.
Foodinfo.az-ın xəbərinə görə, AQTA sədri Qoşqar Təhməzli mətbuata açıqlamasında bildirib ki, qida təhlükəsizliyi üç əsas istiqaməti özündə cəmləşdirir. Birincisi və ən vacibi əhalinin sağlamlıq göstəriciləridir, ikinci vacib məsələ ölkədə qida məhsullarının ixrac potensialının artırılmasıdır. Yəni əgər məhsulun təhlükəsizlik göstəriciləri yüksək səviyyədə olarsa, o artıq məhsulun etibarlılığının artırılması deməkdir.
Üçüncü vacib məsələ qida məhsullarının sağlam rəqabət mühitinin yaradılmasıdır. AQTA yarandığı ilk gündən qida təhlükəsizliyi məsələlərinə əməl edən, Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində irəliləyən sahibkarların yanındadır”.
AQTA fəaliyyətə başlayandan agentliklə müxtəlif sahibkarlıq subyektləri arasında müxtəlif formatlarda görüşlər keçirilib. Eyni zamanda, sahibkar üçün təlimlər təşkil edilib. Həmin təlimlər zamanı 20-yə yaxın qida təhlükəsizliyi ilə bağlı mövzu seçilərək 2500-dən çox sahibkar bu təlimlərə cəlb olunub.
Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 19 laboratoriya analitik ekspertiza mərkəzinin nəzdində fəaliyyət göstərir ki, həmin laboratoriyalar beynəlxalq akkreditasiyadan keçiblər.
Qeyd edək ki, aparılan monitorinqlər nəticəsində məlum oldu ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu postsovet məkanında ən mükəmməl göstəricilərilərə malikdir. Eyni zamanda, peşəkarlıq göstəricilərinə görə Qida Təhlükəsizliyi İnstitutu xüsusi yer tutur. İnstitutun verdiyi rəylər dünyanın ən aparıcı qurumları tərəfindən tanınır.
AQTA sədri çıxışlarının birində qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayan dövrə qədər Avropa İttifaqına ixrac zamanı təqribən bir il ərzində 36 nəqliyyat vasitəsi geri qaytarılıb. Agentlik fəaliyyətə başlayandan sonra ölkədən ixrac olunan fındığın altı nəqliyyat vasitəsi geri qaytarılıb. Onların dördündə təhlükəsizlik göstəricilərilərində problem olub, digər ikisində isə nəqliyyat sənədlərində uyğunsuzluq olub.
Statistikaya nəzər saladıqda görürük ki, Azərbaycandan xarici ixrac olunan əsas mallardan biri də fındıqdır.
Dövlət Gömrük Komitəsinin açıqlamlarına görə, bu ilin 11 ayı ərzində ixrac olunan 20 784.72 ton fındığın dəyəri 114 milyon 759 min dollar olub.
Xatırladaq ki, bu ilin ilk iki ayında 4,781 ton həcmində, 25 mln 105 min ABŞ dolları dəyərində meşə fındığı ixrac olunub. Başqa sözlə fındığın 1 kilosunun qiyməti 5,25 dollar təşkil edib.
Yuxarıda sadalananlardan da göründüyü kimi Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti nəticəsində təkcə fındıqçılıqdan kifayıt qədər gəlir əldə olunub. Bu da müvafiq yoxlamaların aparılması və ixrac olunan məhsulun keyfiyyətinə nəzarətin göstəricisidir.
Bundan başqa Azərbaycandan xaricə ixrac olunan pomidorun həcmi və məbləği də az rəqəm deyil. Dövlət Gömrük Komitəsinin rəsmi açıqlamalarına görə, bu il Azərbaycandan xarici ölkələrə 166 milyon 685 min dollar dəyərində pomidor ixrac olunub. Satılan pomidorun çəkisi 155 min 365 ton olub.
Ötən illə müqayisədə ixrac olunan pomidorun məbləğində 4 485 mln. dollar və ya 2,76% artım olub. Yəni, ölkəyə daha çox valyuta daxil olub.
Yəqin ki, ötəl illərdə Rusiyaya, o cümlədən digər ölkələrə ixrax olunan pomidorun geri qaytarıldığı ilə bağlı xəbərləri xatırlayırıq. Hətta Rusiyanın ümumiyyətlə Azərbaycanda pomidor ixracına qadağa qoyması ilə bağlı da məlumatlar yayılmışdı. Amma cari ildə görünən odur ki, bu sagədə də problem aradan qaldırılıb. Bu isə yuxarıda qeyd etdiyimiz kimi AQTA və Qida Təhlükəsizliyi İnstutunun fəaliyyətinin nəticəsindədir.
Foodinfo.az
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər