"Araz" supermarketlər şəbəkəsindən "Bismak" şirkətinə məxsus olan ballı kökə kiflənmiş çıxıb. Foodinfo.az xəbər verir ki, bu barədə müştərilərdən biri şikayət edib. Üzərində 20.12.2019-cu ilə qədər istehlak tarixi göstərilsə də məhsul keyfiyyətsiz olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarının 2.1.31. bəndinin tələblərinə görə, qida hazırlanarkən, təyinatına uyğun istifadə olunarkən və ya qəbul edilərkən, onun istehlakçıya hər hansı zərər yetirməyəcəyinə dair təminat olmalıdır.
Həmçinin qərarın 6.13.1. bəndinin tələblərinə görə, sanitariya cəhətdən zay ərzaq mallarının (təsadüfən yerə düşmüş və ya sair yolla çirklənmiş) satışı qadağandır.
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər