Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Kanadanın kənd təsərrüfatı nazirinin müşaviri Redouane Mekideche ilə görüş keçirilib.
Görüşdə Agentlik sədrinin müşaviri Elxan Mikayılov qonağa qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib, ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra Kanadadan Azərbaycana ixrac edilən qida məhsullarına verilən sertifikatların ölkəmizdə tanınması və digər sahələr üzrə mümkün ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib.
Son xəbərlər
- Bədəninizin daha çox qidaya ehtiyacı olduğunu göstərən beş gizli əlamət
- Hər gün şəkərli içki içilərsə, bədəndə nə baş verər?
- Qaynar çay içməyin fəsadları
- Qanazlığı arıqlamğa mane olur?
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib