Diyetoloq Oksana Panova arıqlamaq istəyənlərə axşamlar meyvə yeməməyi, xüsusilə banan, üzüm və şirin almalar kimi yüksək qlisemik indeksi olan meyvələrdən çəkinməyi tövsiyə edib.  

Foodinfo.az xəbər verir ki, bu barədə Gazeta.Ru yazır.

Diyetoloqun sözlərinə görə, bu meyvələrdə insulin səviyyəsini yüksəldə və çəki artımına səbəb ola biləcək təbii şəkər var. Panova axşam saat 6-dan sonra şirin meyvələrdən tamamilə imtina etməyi və şəkərsiz meyvələrdən istifadəni məhdudlaşdırmağı tövsiyə edib.

Yeri gəlmişkən, avokado, demək olar, tərkibində sağlam yağlar olan yeganə meyvədir. Avokado metabolik sindromun inkişaf riskini azaldır, qan təzyiqini tənzimləyir və ürək xəstəliklərinin yaranma ehtimalını azaldır.

Leyla