Bəzi qidalar göz sağlamlığına zərər verə bilər. Foodinfo.az xəbər verir ki, əgər həddindən artıq istehlak edilərsə bu ikiqat ziyandır.

Məsələn, çox şəkərli qidalar şəkərli diabet riskini artırır. Diabet isə gözlərin içindəki qan damarlarını zədələyə bilər. Çox yağlı qidalar da damar tıxanmasına və gözlərə gedən qan axışını zəiflədir. Həmçinin, yüksək duzlu yeməklər gözlərdə qıcıqlanmalara səbəb ola bilər.

Alkoqol istehlakı da gözlərin quru və yorgun olmasına səbəb ola bilər. Fast food kimi işlənmiş qidalar, bədəndə iltihaba yol aça bilər və bu, göz sağlamlığını təsir edə bilər.

Kofeinli içkilər gözlərin quruluğunu artırır və görmə qabiliyyətini zəiflədir. Təbii vitaminlərdən yox, süni əlavələrdən istifadə də risklidir. Aşırı miqdarda yüksək kalorili yeməklər gözlərin retinasını zədələyə bilər. Göz sağlamlığını qorumaq üçün balanslı və təbii qidalanma vacibdir.