Mütəxəssislər qanda xolesterinin səviyyəsini aşağı salan şirəni açıqlayıblar.
Foodinfo.az Lent.az-a istinadən xəbər verir ki, braziliyalı alimlər portağal suyunun faydaları ilə bağlı gözlənilməz kəşf ediblər. Sao Paulo Dövlət Universitetinin (UNESP) mütəxəssisləri müəyyən ediblər ki, bu içkidən gündə iki stəkan (480 ml) içmək qanda xolesterinin səviyyəsini azaldır.
Alimlər tədqiqata 18-66 yaş arasında olan 129 nəfəri cəlb ediblər. Gender bərabərsizliyi nümunənin xüsusiyyətləri ilə bağlıdır. Bütün könüllülər portağal suyu fabrikinin işçiləridir və ora sərbəst giriş imkanına malikdirlər.
Məlum olub ki, ən azı bir il gündə təxminən iki stəkan portağal suyu içənlərin qanında ümumi xolesterinin səviyyəsi digər içkilərə üstünlük verənlərlə müqayisədə xeyli aşağı olub. Şirələrin faydalı xüsusiyyətlərinə baxmayaraq, mümkün yan təsirlərini də xatırlamalısınız.