Darı ürək sağlamlığı üçün faydalı olan dənli bitkilərdən biridir. Foodinfo.az xəbər verir ki, onun tərkibində olan yüksək miqdarda lif ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir. Lif xolesterinin səviyyəsini azaldaraq damarların sağlam qalmasını təmin edir.
Eyni zamanda, darı maqneziumla zəngindir ki, bu da qan təzyiqini tənzimləyir və ürək əzələlərinin düzgün işləməsini dəstəkləyir.
Antioksidantlar isə hüceyrələri zərərli sərbəst radikallardan qoruyaraq iltihabı azaldır.
Darı həmçinin qanda şəkər səviyyəsini sabitləşdirir, bu da ürək-damar sistemi üçün əlavə fayda yaradır.
Sağlam qidalanmada darıdan müntəzəm istifadə ürək sağlamlığını qorumağa kömək edir.