Sağlam bədən üçün düzgün qidalanma çox vacibdir. Qeyri-sağlam və nizamsız qidalanma bədən sağlamlığına birbaşa təsir edir. Bədənin sağlamlığını qorumaq və immuniteti gücləndirmək üçün qidalanma siyahısına meyvə və tərəvəzləri əlavə etmək lazımdır. Lakin meyvələr üzərində aparılan son araşdırmalar nəticəsində məlum olub ki, biz illərdir meyvələri səhv istehlak edərək bədənimizi zəhərləmişik.

 Foodinfo.az xəbər verir ki, meyvələr düzgün istehlak edildikdə orqanizm üçün şəfa mənbəyidir. Vitamin və minerallarla zəngin olan meyvələrdən istifadə etdikdə immunitetinizi gücləndirmiş olarsınız. Bununla belə, meyvələrlə bağlı son araşdırmaların nəticələri hər kəsi təəccübləndirib. Meyvələrin istehlak üçün doğru zaman olduğunu vurğulayan mütəxəssislər əsrlərdir meyvələri səhv istehlak etdiyimizi ortaya çıxarıblar. Dünyada ən faydalı meyvələr üzərində aparılan araşdırmalar dəhşətli nəticələr verib. 

Turşu baza hər mövsüm istehlak edilməli olan meyvələrin yüzdə 80-də mövcuddur. Bu minerallar və vitaminlər bədən sağlamlığını dəstəkləyir. Lakin yanlış zamanda istehlak edildikdə orqanizmi zəhərləyir.

Sağlam qidalanmada ən çox tövsiyə olunan meyvələr orqanizmin zamanla itirdiyi vitamin və mineralları qarşılayır. Mütəxəssislər meyvələrin istənilən vaxt istehlak edilməməsi ilə bağlı açıqlama verib. Meyvələr acqarına istehlak edilməlidir. Tox qarnına yeyilən meyvələr qanla qarışaraq zəhərə çevrilir. Bundan əlavə, ən düzgün vaxt günorta və axşamüstüdür. Meyvələr səhər və axşam yatmazdan əvvəl istehlak edilməməlidir