Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz və Qusar rayonlarından olan vətəndaşların qəbul vaxtı dəyişdirilib. Qəbul dekabrın 25-də, saat 11:00-da keçiriləcək.
Həmin gün, saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Quba Dövlət Aqrar İnkişaf Mərkəzində Quba və Şabran, nazir müavini Elçin Zeynalov Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzində Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-5248415), Quba Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-2481048) Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3510052) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Nurlan
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər