Bakı Apellyasiya Məhkəməsində "Bolluq LTD"nin reklam haqqında qanunvericiliyin tələbini pozmasına görə 5 min manat cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.
Azfood xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılıb.
Eləcə də bax: Azərbaycanda "Halal" sertifikatı verən şirkət - CƏRİMƏLƏNİB
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 428.7.1. (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə təqsirli bilib.
"Bolluq LTD" MMC 1993-cü ildə topdansatış mərkəzi kimi fəaliyyətə başlayıb. Hazırda qida və qənnadı sektorunda istehsal, satış və distribüter şirkəti kimi fəaliyyət göstərir.
Nurlan
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər