Bəzi insanlar üçün şəkər istəyi ilə mübarizə, xüsusən də arıqlamağa çalışarkən əsl problemə çevrilir. Foodinfo.az xəbər verir ki, ABŞ-ın Klivlend Klinikasının dietoloqları şəkər qəbulunu effektiv şəkildə azaltmaq və şirniyyata olan aludəliyi aradan qaldırmaq yolları ilə bağlı tövsiyələrini verib.

Dietoloq Anna Taylor qeyd edir ki, şirniyyata olan həvəs insanın gün ərzində nə yeməsindən asılıdır. Səhərlər yalnız kofe içmək və naharda salat yemək kimi yemək vərdişləri vücudunuzun şəkər kimi sürətli karbohidratlara olan həvəsini artıra bilər. Üstəlik, şirin qidalardan tamamilə imtina çox vaxt əks təsirə gətirib çıxarır.  -

Diyetoloq Christine Kirkpatrick şəkər qəbulunun azaldılmasının fərdi yanaşma tələb etdiyini vurğulayır. Bəzi insanlar üçün ən yaxşı yol qəfildən şəkərdən imtina etməkdir, digərləri üçün onu tədricən azaltmaqdır.

Mütəxəssislər şəkərin kəskin azaldılmasından çəkinməyi və bunun əvəzinə şirin, qidalı qidaları seçməyi tövsiyə edir. Bunlara, ananas, albalı və çiyələk, həmçinin qatıq və təbii fıstıq yağı daxildir.

Şəkər qəbulunu azaltmaq əvvəlcə çətin ola bilər, lakin zaman keçdikcə bu vərdişə çevrilir.

Leyla