Açıq yerlərdə satılan quru meyvələr, eləcə də qoz səhhətimiz üçün ciddi problemlər yarada bilər.
AzFood xəbər verir ki, Türkiyə mediasında yer alan məlumata görə, bu ölkənin Qida Təhlükəsizliyi Cəmiyyətinin rəhbəri Samim Sanerin bununla bağlı açıqlamasında bildirilir ki, bu qidaların açıq yerlərdə, üzəri örtülməmiş, mühafizə olunmadan saxlanması, satılması hətta ölümcül sağlamlıq problemləri yaradır.
Onun sözlərinə görə, açıq şəkildə satılan quru meyvələrin, qozun üzərində hər cür mikrobun olması mümkündür. Onlardan ən təhlükəlisi kiflənmədən yaranan və Ümumdünya Səhiyyə Təşkilatının rəyinə əsasən, xərçəngə yol açan bir nömrəli maddə olaraq qəbul edilən aflatoksindir.
Aflatoksin maddəsi qaydalara uyğun olaraq qurudulmayan və mühafizə olunmayan, açıq yerlərdə satılan quru meyvələr, ədviyyatların üzərində gözlə görünməz bir kiflənmə nəticəsində yaranır. Bu, son dərəcə ziyanlı toksiki kimyəvi maddədir.
Ona görə də paketlənmiş, qapalı, quru yerlərdə saxlanılan quru meyvələrin, qoz-fındığın alınması tövsiyə edilir. (Lent.Az)
Nurlan
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər